Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlıq edəcək.

KOBİA-dan Elitinfo.az-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu vurğulanıb. KOB sahəsində mövcud tərəfdaşlığa və əlaqələrin inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlığa, KOB sahəsində təcrübə mübadiləsinə, hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın qurulması və məlumat mübadiləsi məqsədilə birgə tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.