Azərbaycan Respublikasında daha 202 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 104 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 947-yə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 591 min 12, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 356 min 935 nəfərdir.