Aprelin 4-də Azərbaycan Respublikasında 22 min 932 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 451, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 14 min 481 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 745-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.