Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi qulluqçumuzun ölümü ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.