Bu gün yerli vaxtla saat 15:00-da Ermənistanın paytaxtı Yerevanda ölkə hakimiyyəti əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

Elitinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, mitinq növbəti dəfə “Vətənin qurtuluşu uğrunda hərəkat”ın təşkilatçılığı ilə baş tutacaq. “Martın 28-də saat 15:00-da sizi Baqramyan və Dəmirçiyan küçələrində mitinqə dəvət edirik. Bizim hədəfimiz və mövqeyimiz dəyişməzdir”, – deyə hərəkatdan bildirilib.

Qeyd edək ki, Ermənistan müxalifəti ötən ilin noyabrından hakimiyyət əleyhinə etiraz aksiyalar keçirir, baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Paşinyan isə növbəsində iyunda ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib.