Pakistanın Azərbaycandakı səfirliyində Pakistan Günü münasibətilə rəsmi tədbir keçirilib.

Elitinfo.az xəbər verir ki, səfir Bilal Hayee çıxışı zamanı 1947-ci ildə Britaniya Hindistanı müsəlmanlarının təyini-müqəddərat hüququnun həyata keçirilməsi nəticəsində Pakistan dövlətinin yaradıldığını diqqətə çatdırıb.

Səfir həmçinin milli bayram münasibətilə Pakistan prezidenti, baş naziri, xarici işlər nazirinin müraciətlərini oxuyub.

Səfirlik əməkdaşlarının və pakistanlı icması nümayəndələrinin iştirakı ilə Pakistanın dövlət bayrağı təntənəli şəkildə qaldırılıb.