Möhtərəm Prezidentimiz cənab İlham Əliyev!

Siz fateh sərkərdə qətiyyəti ilə bizlərə zəfər bayramını yaşatdınız. Bu qələbədə qadınlarımızın da, başda Mehriban xanım olmaqla, mücadilələrini qeyd etmək istəyərdim. İgid hərbçilərimiz, qüdrətli Silahlı Qüvvələrimiz, Sizin də qeyd etdiyiniz kimi, ölümü ğözə alan, düşmənə qan udduran, döyüşlərə könüllü atılan minlərlə vətən övladı Sizin dövrünüzdə, biz anaların böyütdüyü, tərbiyə etdiyi; torpağına, Vətəninə sevğiylə bağlanan övladlarıdır. Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş igidlərimizin xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olundu.

Analarımız, xanımlarımız müxtəlif mükafatlara layiq görüldü. Tarixən Azərbaycan cəmiyyətində xüsusi hörmətə və nüfuza sahib olan Azərbaycan qadını Sizin apardığınız uğurlu qadın siyasəti sayəsində bu gün də, eyni nüfuza malikdir. Qarabağın bərpasında, yenidən çiçəklənməsində də qadınlarımız fəal iştirak edəcəklər.

100 illik tarixi olan, minlərlə qadını vahid ideologiya altında birləşdirən, həmrəy edən Respublika Qadınlar Cəmiyyətinin xanımları adından Sizi, Mehriban xanımı və ailənizi bahar təravətli Novruz bayrami münasibətilə təbrik edir, sizə can sağlığı arzulayıram. Qədim, tarixi mədəniyyət mərkəzimiz olan Şuşada yandırdığınız bayram tonqalının istisi, işığı, əzəməti xalqımızın üstündən əskik olmasın. BAYRAMINIZ MÜBARƏK !

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti”İctimai Birliyinin sədri Bahar Qasımova