Yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 6 milyard 558,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 8,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Elitinfo.az-a verilən məlumata görə, iki ayda qaz nəqlinin 45,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 992,8 milyon kubmetr təbii qaz ixrac edilib.



