Martın 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsinə dair Sərəncam imzalayıb.
Elitinfo.az-a xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə iki hərbi qulluqçu “Vətən uğrunda”, üç nəfər “İgidliyə görə”, 7 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, martın 12-si ölkəmizdə Daxili Qoşunların yaranması günüdür.