Azərbaycan Respublikasının Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Ə.Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.
Xatırladaq ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.