Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib.

Qalereyadan Elitinfo.az-a bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə reallaşıb.
Sərgidə bir sıra rəssamın müxtəlif mövzulu əsərləri nümayiş edilir.