Milli Məclisin sədri Sahibə Qafarova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib.

Elitinfo.az xəbər verir ki, S.Qafarova təbrikində deyib:
“Əziz və dəyərli xanımlar!
Sizləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.
Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir.
Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”.