Suraxanı rayonunun Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin ötən gün evdən çıxıb geri qayıtmaması barədə yayılan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər