Elitinfo.az

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Elitinfo.az-ın məlumatına görə, konfransın sonunda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən artıq dünya media nümayəndəsinin 50-yə yaxın suallını cavablandırıb.