Hazırda paytaxtın bəzi ərazilərində metereoloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.
Bakı Nəqliyyat Agentliyindən Elitinfo.az-a bildirilib ki, avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir. Həmin ərazilərə Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri), Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviq, Mehdiabad, Digah
Masazır dairəsi, Kürdəxanı yolu, Məmmədli və Yanardağ yolu, Biləcəri enişi, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu
Zığ yolu, Salyan şosesi, Bibiheybət yolu, Bakı dairəvi avtomobil yolu aiddir.