İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, fevralın 18-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda “Aptek-323”də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus “Lombard”da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Müstəqil-V” MMC-yə məxsus mağazada, “NI Group” MMC-nin baş ofisində, Nərimanov rayonunda “Keramika aləmi” mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus “Avtomobil ehtiyat hissələri mağazası”nda, ümumilikdə 12 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.