Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib.Elitinfo.az xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin – Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb.

İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib. Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafına TÜRKPA-nın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Coğrafi-siyasi cəhətdən çox önəmli bölgələri əhatə edən Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması türk dünyasının beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Üzv ölkələrin parlamentləri bu təşkilat çərçivəsində sıx əməkdaşlıq edərək bir sıra uğurlara imza atıblar. Azərbaycan parlamenti bu uğurlara sevinir və təşkilata ən yüksək səviyyədə dəstək verir. TÜRKPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TÜRKPA-nın on illik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.

Sonra baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib.

Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik Qırğızıstandan Türkiyəyə keçib.

***

Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası işə başlayıb.Elitinfo.az xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Tədbirə digər üzv ölkələrin – Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri də qatılıblar.

Şura iclasından sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda üç paneldən ibarət konfransın keçirilməsi nəzərdə tutulub. Birinci panelə professor Zeki Kaymaz, ikinci panelə professor Fikret Türkmen, üçüncü panelə isə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sədrlik edəcək.