Fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, bu il fevralın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.