Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in Ermənistan Xarici İşlər Nazirliyinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə dair sualını cavablandırıb.

Elitinfo.az xəbər verir ki, Leyla Abdullayeva cavabında deyib: “Ermənistan Xarici İşlər Nazirliyinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”.