ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələr keçirib.

Elitinfo.az BBC-yə istinadla xəbər verir ki, müzakirələrdən sonra keçirilən impiçment üzrə yekun səsvermənin nəticəsinə görə Donald Tramp bəraət alıb. Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib.

Qeyd edək ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Belə ki, yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.