Pandemiyanın təsirlərinin minimallaşdırılması tədbirləri çərçivəsində 2020-ci ildə sahibkarlara 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb.
Elitinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, il ərzində mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.