Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə fevralın 11-də qardaş ölkəyə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”in yekun mərhələsini izləyəcək.