Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu – Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.