İndiyədək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 29 milyon 492 min 31 manat 58 qəpik vəsait toplanıb.

Elitinfo.az yashat.gov.az saytına istinadla xəbər verir ki, həmin vəsaitin 16 milyon 434 min 136 manat 55 qəpiyi fiziki şəxslər, 13 milyon 57 min 895 manat 3 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait 4 milyon 82 min 315 manat 38 qəpik, qalıq məbləğ isə 25 milyon 409 min 716 manat 20 qəpikdir.
Fond tərəfindən indiyədək 2 745 şəhidin ailəsi ziyarət olunub. Həmçinin Fonda Vətən müharibəsində ağır yaralanan 288 nəfərin müraciəti qeydə alınıb. Bu günədək 1 960 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 11 min 847-dir.
Bu günədək şəhid ailələrinin və yaralıların problemlərinin həlli üçün 571 ödəniş həyata keçirilib. Ehtiyacların təmin olunması üçün Fond tərəfindən qarşılanan məbləğ 4 milyon 82 min 315 manat 38 qəpik olub.
Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb.