Azərbaycan VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib.

Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək və mövcud vəziyyət həmçinin, həyata keçiriləcək işlər müzakirə olunacaq.

Xatırladaq ki, VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmişdi, lakin COVID-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.