İranda COVID-19 infeksiyasına yoluxaraq ölənlərin sayında azalma davam edir. Belə ki, son 24 saat ərzində İranda koronavirusa 6 min 983 nəfər yoluxub, 76 nəfər isə ölüb.

Elitinfo.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 459 min 370 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 412-yə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 802 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 247 min 374 xəstə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İran Rusiyanın “Sputnik-V” vaksinini sifariş edib və 500 min doza artıq İrana gətirilib. Prezident Həsən Ruhani nazirlər ilə keçirdiyi toplantıda bildirib ki, gələn həftə əhaliyə peyvənd vurulması prosesi başlayacaq.