Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fevralın 1-dən 3-dək ölkə üzrə 1328 ictimai iaşə obyektində 2165 monitorinq aparılıb. Monitorinq həyata keçirilən ictimai iaşə müəssisələrindən 6-da nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.