Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər 2021-ci il Gənclər üçün Prezident mükafatları ilə təltif olunub.