Qida Təhlükəsizliyi Agentliyinin müraciəti əsasında Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya Federasiyası ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.