Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Elitinfo.az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

“İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir”, – hökumətin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.