Fransada son sutkada COVID-19-a 22 min 086 yeni yoluxma və 612 ölüm faktı qeydə alınıb.
Elitinfo.az xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, xəstəxanalardakı koronavirus xəstələrinin sayı 27 min 5-ə çatıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3071 koronavirus xəstəsi intensiv müalicə alır.
Pandemiya başlayandan bəri Fransada bu virusdan ölənlərin ümumi sayı 74 min 106 nəfərdir.