Ukraynanın Azərbaycandakı səfirliyi Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunan müsabiqə elan edib.

Bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində məlumat yayılıb.

“Yüz il bundan öncə, 1919-cu ilin fevralın 8-də Ukrayna Xalq Respublikası və Azərbaycan Demokratik Respublikası arasında ilk dəfə diplomatik münasibətlər qurulub. İllər sonra ölkələrimiz müstəqillik əldə etdikdən sonra 1992-ci ilin fevralın 6-da diplomatik münasibətlər bərpa olunub.

Bu münasibətlə Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna və Azərbaycan: diplomatik münasibətlərin 102 illiyi” adlı müsabiqə elan edir. Müsabiqədə iştirak üçün Azərbaycanda yaşayan Azərbaycan və Ukrayna vətəndaşları dəvət olunur. Müsabiqənin şərtləri çox sadədir. Fevralın 5-dək səfirliyin feysbukdakı səhifəsinə abunə olmaq, Ukrayna və Azərbaycan qardaşlığını simvolizə edən şəxsi arxivinizdəki şəkli feysbukda paylaşmaq, #UkraineAzerbaijan29 heşteqini qeyd edərək şəkil barədə qısaca bəhs etmək və Ukraynanın Azərbaycandakı səfirliyini teq etmək lazımdır.

Qalib olaraq iki nəfər seçiləcək. Birinci qalib olaraq ən maraqlı və ən orijinal fotonun sahibi, ikinci qalib isə ən çox bəyəni və repost toplamış şəklin sahibi seçiləcək.

Qalibləri gözəl hədiyyələr gözləyir”, – səfirlikdən bildirilib.