Portuqaliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda – 14,6 min yoluxma halı qeydə alınıb.

Elitinfo.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 581,6 min nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 422 min nəfəri sağalıb, 9,4 min nəfəri isə vəfat edib.