Milli Məclisin yaz sessiyasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu barədə Elitinfo.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, qanun layihəsi komitənin yaz sessiyasının işlər planına daxil edilib:

“Bundan əlavə, sessiya ərzində bir neçə qanunlara da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, “Lombardlar haqqında” qanun layihəsi parlamentin 2019-cu il payız sessiyasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilmişdi. Daha sonra qanun layihəsi Milli Məclisin 2020-ci ilin yaz və payız sessiyasının qanunvericilik işlər planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.