Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirəyə çıxarılacaq.
Elitinfo.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İnsan Hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.
Belə ki, iş planına “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ daxil edilib.