Milli Gimnastika Arenasında Bakıda keçirilən akrobatika üzrə dünya kuboku yarışlarının qaliblərinin ikinci mükafatlandırılma mərasimi təşkil edilib.
Elitinfo.az -ın məlumatına görə, kişi qrupların yarışında rusiyalı gimnastlar German Kudryaşov, Aleksandr Sorokin, Valeri Tukaşvili, Kirill Zadorin birinci olublar. İkinci yerə də Rusiya təmsilçiləri Pavel Qubski, Kirill Lukyanov, Vladimir Petrov, Denis Solun layiq görülüblər. Hindistan akrobatları Prints Aris, Siddeş Bhosle, Ruşikeş More, Redjileş Sureşbabu üçüncü yeri tutublar.
Qarışıq cütlüklərin yarışmasında birinci yerə Kiril Startsev və Viktoriya Aksenova (Rusiya), ikinci yerə Abdulla Əl-Myaşayxi və Ruhidil Qurbanlı (Azərbaycan), üçüncü yerə isə Belarus təmsilçiləri Artur Belyakov və Olqa Melnik layiq görülüblər.