2020-ci ildə Gürcüstan Azərbaycandan 726,3 milyon kilovat/saat (kVt/s) elektrik enerjisi idxal edib. Bu da 2019-cu illə müqayisədə 34 faiz azdır.
Elitinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın “Elektrik Enerjisi Bazarı” Operatorunun (ESKO) illik hesabatında bildirilib.
Qeyd olunub ki, keçən il Gürcüstan ümumilikdə 1610,1 milyon kVt/s elektrik enerjisi idxal edib. Bunun da qonşu ölkə idxal etdiyi elektrik enerjisinin 45,1 faizini Azərbaycandan alıb.
Hesabatda, həmçinin deyilir ki, 2020-ci ildə Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyəyə 101,8 milyon kVt/s elektrik enerjisi ixrac edib.