Birjalarda xam neft qiymətləri son 11 həftənin 10-da artım göstərib.

Elitinfo.az xəbər verir ki, koronavirusa qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilər və Səudiyyə Ərəbistanının könüllü istehsal məhdudiyyətləri oktyabr ayından bəri neft qiymətlərinin təxminən 50 faiz artrmasına səbəb olub. Həftə ərzində neft qiymətlərində bahalaşma davam edib. Qiymətlər son 10 ayın maksimum səviyyəsinə çatıb.

Ekspertlərə görə, bəzi bölgələrdə artan koronavirus hadisələri neft qiymətlərinin daha da yüksəlməsinə mane ola bilər. Belə ki, Çində xəstələrin sayı yenidən artmağa başlayıb, Fransa və Almaniya daha sərt karantin tədbirləri görməyi düşünür.
Qeyd edək ki, “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 55 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 52 dollardan baha satılır.