2020-ci ildə “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 23 milyard 33,8 milyon kilovat/saat (İES-lərdə 22 milyard 142,5 milyon kilovat/saat, SES-lərdə 891,3 milyon kilovat/saat) olub.

Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 429,7 milyon kilovat/saat (İES-lərdə 230,8 milyon kilovat/saat, SES-lərdə 157,8 milyon kilovat/saat, günəş stansiyalarında 41,1 milyon kilovat/saat), ölkədəki Müstəqil Elektrik Stansiyaları üzrə isə 2 milyard 272,7 milyon kilovat/saat təşkil edib.

Keçən il “Azərişıq” ASC-nin külək elektrik stansiyalarında 75,1 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.