Dövlət Miqrasiya Xidmətinin (012) 919 – Çağrı Mərkəzi ötən il fəaliyyətini daha da gücləndirib. Miqrantlar Çağrı Mərkəzi vasitəsilə Xidmətə müraciət ediblər.

Elitinfo.az xəbər verir ki, bunu yanvarın 14-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

V.Hüseynov vurğulayıb ki, müraciətlər dərhal araşdırılıb və qaldırılan problemlər həll olunub. Pasport müddəti başa çatan miqrantların müvəqqəti yaşamasına icazə verilib. Əcnəbi vətəndaşlara şərait yaradıldı ki, onlar həmin sənədlərlə ölkə ərazisində problemsiz yaşaya bilsinlər. Əcnəbilərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılıb.