Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıkov ötən gecə öldürülüb.
Elitinfo.az Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Anarbay Mamajakıkov 2018-ci ilin mayında bu vilayətə prokuror təyin edilmişdi. Hadisə ilə bağlı cinayət işi açılıb. Artıq şübhəli şəxs qismində bir nəfər tutulub.