“2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq”. Elitinfo.az -ın məlumatına görə, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq: “Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq”.
Elitinfo.az -ın məlumatına görə, bunu da mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb: “Bugünədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib”.
Nazir qeyd edib ki, gələn həftə 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmələrin verilməsi üçün qərar qəbul edilməsi nəzərdə tutulur: “Dekabr ayının sonuna kimi 1 000-dək şəhid vərəsəsinə ödəniş olunması nəzərdə tutulur. 2019-cu ilin sonunadək birdəfəlik ödəmələrin verilməsi prosesi bitməlidir”.