ABŞ-da böyük həcmdə şist nefti hazırda çox əlverişli və sərfəli qiymətə başa gəlir.

Elitinfo.az  xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

F.Birol qeyd edib ki, bir çox istehsalçı hasilatı artıracaq və ABŞ şist nefti qısa müddətdə neft balansındakı boşluğu dolduracaq. ABŞ-ın xam neft ehtiyatları hələ də COVID-19 böhranından sonra mövsümün ən yüksək səviyyəsindədir.