Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər yanvarın 12-dən yanvarın 30-dək (iş günləri saat 10.00-dan saat1 7.00-dək) nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Sənədlər nazirliyin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinə təqdim edilməlidir. Ünvan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binası, S.Əsgərova küç. 85)
Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.
Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:
– səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
– vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
– təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) fevralın 9-də saat 10.00-dan saat 15.00-dək nazirliyin ikinci mərtəbəsindəki iclas zalında keçiriləcək.
Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.