Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 18 milyard 196,9 milyon manat vəsait daxil olub.
Elitinfo.az xəbər verir ki, Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə gələn vəsaitlər 34,2% artıb.
Bu dövrdə büdcədən 17 milyard 769,9 milyon manat vəsait xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% artıqdır.
Nəticədə büdcənin icrasında 427 milyon manatlıq profisit yaranıb.