ABŞ-da prezident seçkilərindən sonra baş verən və bu gün nümayişçilərin Konqres binasına girməsi təşəbbüsünə qədər uzanan daxili prosesləri narahatlıqla izləyirik.

Elitinfo.az xəbər verir ki, bu ifadələr ABŞ-dakı vəziyyətlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlamada ABŞ-dakı bütün tərəflər qarşılıqlı olaraq sağlam düşüncəyə dəvət edilir və ölkədəki daxili böhranın anlaşma əsasında aradan qaldırılacağına inam ifadə olunur.

ABŞ-dakı türkiyə vətəndaşlarının qarışıqlıq olan məkanlardan uzaq durması tövsiyə edilir.