Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirlərini davam etdirirlər.
DİN-in mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb. Onlar saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. On beş nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.