Elitinfo.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları 100 illik yubileyini qeyd edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi bu münasibətlə Fəxri Xiuabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gedən AAYDA kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.