Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəni həyata keçirməyə davam edir.

İdarədən Elitinfo.az-a bildirilib ki, layihə əsasında şanlı Azərbaycan Ordusunun zəfərləri videoçarxlar şəklində təqdim edilib.

Videoçarxlarda işğaldan azad edilmiş şəhərlərin, kəndlərin, qəsəbələrin adları verilib, həmçinin hər bir bölgə haqqında informasiyalar toplanılıb və nümayiş edilib.