Azərbaycan Respublikasi Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi”-nin maliyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixo-sosial dəstək tədbirlərinin təşkilinə başlamışdır.
Elitinfo.az-a İctimai Birlikdən bildirilib ki, tədbir Qax,Zaqatala ,Balakən,Şəki şəhər ve rayonlarını əhatə edib, uşaqlara gündəlik inkişaf xidmətlə rinin göstərilməsi, onlara psixoloji dəstəyin ve məsləhətlərin verilməsi, həmçinin sağlamlıq imkani məhdud uşaqlarin cəmiyyətə inteqrasiyasinin temin etmək, şəhid ailələri ilə görüşlərin təşkil olunaraq,onlara psixo-sosial yardimların təşkil olunması,mərkəzlərin işçilərinin bilik ve bacarıqlarının mütəmadi olaraq artırılması məqsədi ilə ekspertlər tərəfindən təlimlər keciriləcəkdir.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi məqsədi ilə sorğuların aparılması və onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində seminarlar təşkil ediləcəkdir.
Layihənin məqsədlərindən biri də müharibədən əziyyət çəkən xüsusi qayğıya ehtiyaci olan uşaqlara psixo-sosial dəstəyin göstərilməsidir.